Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 6-dan 10-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Açıq mənbələrdən kəşfiyyat” kursu, Kişinyov şəhərində (Moldova Respublikası) “Qara Dəniz Təhlükəsizlik proqramı məzunlarının görüşü” və Tbilisi şəhərində (Gürcüstan Respublikası) “Fövqəladə hallarla bağlı təlim” keçirilir.
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, iyunun 6-dan 10-dək Bakı şəhərində Almaniya Silahlı Qüvvələrində təhsil, liderlik və komandanlıq sisteminin əsasları, prinsipləri və fəlsəfi mövzusunda seminar, Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olarq, iyunun 6-dan 11–dək Bakı şəhərində (Azərbaycan Respublikası) “Qərarların qəbul edilməsi və planlaşdırma” və “komanda və nəzarət üzrə əməliyyat tədbiri” kursları, iyunun 6-dan 18-dək Rukla şəhərində (Litva Respublikası) “Amber Hope-05” təlimi keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.