Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargahının Müdafiə və Mənbələri idarəetmə İdarəsinin rəisi briqada generalı Əli Akdoğanı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Türkiyə üçün, Türkiyə isə Azərbaycan üçün strateji müttəfiqdir. Bu münasibətlər gələcək nəsillər üçün yaradıldığına görə bu ittifaq əbədi olmalıdır.
Briqada generalı Ə.Akdoğan qəbula və səmimi sözlərə görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hilmi Özkökün salamlarını ona çatdırmışdır. O, demişdir: “Biz Azərbaycanla strateji müttəfiqliyimizi təsdiq edən dostluq və qardaşlıq əlaqələrini həmişə davam etdirəcəyik”.
Tərəflər Azərbaycan-Türkiyə hərbi əlaqələri haqqında fikir mübadiləsi etmişlər.
General-polkovnik S.Əbiyev Türkiyənin Müdafiə naziri cənab Vecdi Gönülə və Baş Qərargah rəisi ordu generalı Hilmi Özkökə onun salamlarını çatdırmağı xahiş etmişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Ömər Bayraklı iştirak etmişdir.