Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 6-da saat 19:50-də Qazax rayonunun Məzəmli kəndinin 0,5 km. cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini;
- saat 20:00-da Qazax rayonunun ərazisində yerləşən Satalmış dağının 0,7 km. şimalındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonuun Qızılhacılı kəndi yaxınlığında yerləşən mövqelərini;
- saat 23:20-də Xocavənd rayonunun işğal olunmuş Kuropatkino kəndinin 1 km. şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin ərazidə yerləşən üzbəüz mövqelərini pulemyotlardan və snayper tüfənglərindən atəşə tutmuşlar.
Bütün hallarda düşmənə cavab atəşi açılmışdır.
İtki yoxdur.