Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 4 İyul 2006 00:00

İyulun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Türkmənistanda və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik Şer Afqunu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyul 2006 00:00

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlara məruz qalan sahələrdə fakt-araşdırıcı missiyanın aparılması məqsədilə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq:- iyulun 3-də Ağdam rayonunun ərazisindəki Ağdam-Hindarx yolunun və Novruzlu kəndinin yaxınlığında, qoşunların təmas xəttində;- iyulun 4-də Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında və Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərbində, qoşunların təmas xəttində;- iyulun 5-də Xocavənd rayonunun Kuropatkino və Aşağı Veysəlli kəndləri yaxınlığında, qoşunların təmas xəttində monitorinqlər keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 29 İyun 2006 00:00

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök iyunun 29-da Azərbaycana rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 27 İyun 2006 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 28-də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 19 İyun 2006 00:00

İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıqov Litva Respublikası Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi briqada generalı Vitalius Vaiksnoras ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin məlumatı 17 İyun 2006 00:01

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının komandanı general Norton Şvartsı və nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 İyun 2006 00:00

Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Şerali Xayrulloyev Bakıda rəsmi səfərdədir.

Müdafiə Nazirliyinin məlumatı 27 May 2006 00:01

Mayın 31-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 25 May 2006 00:01

Mayın 25-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Serqey Kiriçenko Bakıya rəsmi səfərə gelmişdir.

Müdafiə Nazirliyinin məlumatı 22 May 2006 00:02

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.