Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlara məruz qalan sahələrdə fakt-araşdırıcı missiyanın aparılması məqsədilə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq:
- iyulun 3-də Ağdam rayonunun ərazisindəki Ağdam-Hindarx yolunun və Novruzlu kəndinin yaxınlığında, qoşunların təmas xəttində;
- iyulun 4-də Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında və Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərbində, qoşunların təmas xəttində;
- iyulun 5-də Xocavənd rayonunun Kuropatkino və Aşağı Veysəlli kəndləri yaxınlığında, qoşunların təmas xəttində monitorinqlər keçirilməsi planlaşdırılır.
Monitorinqləri Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Günter Folk və Piter Ki keçirəcəklər.