İyulun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Türkmənistanda və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi polkovnik Şer Afqunu qəbul etmişdir.
Müdafiə naziri hərbi attaşeni yeni təyinatı ilə təbrik etmiş və Azərbaycan-Pakistan hərbi əlaqələrinin inkişaf etdirilməsində ona uğurlar arzulamışdır.
Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan-Pakistan hərbi əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılmışdır.