Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 25-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Serqey Kiriçenko Bakıya rəsmi səfərə gelmişdir.  
Onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider H.Əliyevin məzarı, Şəhidlər xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda və təcavüzkar Ermənistan dövlətinin yeritdiyi etnik təmizləmə və soyqırım siyasəti nəticəsində həlak olanların xatirə abidəsi önünə əklil qoymuşdur.
Həmin gün Azərbaycan Respublikası Müdafıə Nazirliyində general-polkovnik Serqey Kiriçenkonun təntənəli qarşılanma mərasimi keçirilmişdir. Qonağın şərəfinə Silahlı Qüvvələrin Fəxri Qarovulu düzülmüş, hər iki dövlətin himnləri səslənmişdir.
Sonra Azəbaycan Respublikasının Müdafıə naziri general-polkovnik S.Əbiyev general-polkovnik Serqey Kiriçenko və nümayəndə heyətini qəbul etmişdir.
Müdafıə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, müstəqillik qazandıqdan sonra Azərbaycan Ukrayna ilə bütün sahələrda, o cümlədən hərbi sahədə aktiv əməkdaşlıq edir.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, Ermənistan münaqişənin həllində destruktiv mövqe tutur və Azərbaycan torpaqlarının işğalını qanuniləşdirməyə cəhd göstərir. Lakin buna yol verilməyəcəkdir. Bizim məqsədimiz dövlətimizin ərazi bütövlüyünü bərpa etməkdir.
Səmimi qəbul üçün təşəkkür edən general-polkovnik Serqey Kiriçenko Ukraynanın Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd etmiş və bildirmişdir ki, biz ikitərəfli hərbi əməkdaşlığı dərinləşdirmək əzmindəyik. Sonra o, Ukrayna Silahlı Qüvvələrində  aparılan islahatlar haqqında Azərbaycanın Müdafıə nazirinə məlumat vermişdir.
Görüşdə tərəflər hər iki ölkədə Silahlı Qüvvələr quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlığın inkişafı, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparmışlar.