Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 31-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.
İclasda Azərbaycan Respublikası, Belarus, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Özbəkistan Respublikası və Ukrayna Müdafiə Nazirliyinin, həmçinin MDB İcraiyyə Komitəsi və Müdafiə Nazirləri Şurasının Katibliyinin nümayəndə heyətləri iştirak edəcəklər.
İclasda MDB iştirakçı dövlətləri arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.