Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 16 Fevral 1998 00:01

NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 17-dən 19-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Kooperativ KEY” hava-yerüstü təlimlərinin və fevralın 18-dən 19-dək Norfolk şəhərində (Vircinya ştatı, ABŞ) “Kooperativ Ostreyd” təlimlərinin planlaşdırılması üzrə konfranslar keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 14 Fevral 1998 00:00

Fevralın 13-də saat 17:20-dən 17:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonu ərazisindəki Saraqtiqaş yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 Fevral 1998 00:00

Fevralın 10-da saat 11:30-dan 12:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noyemberyan rayonunun Berdavan (keçmiş Qalaça) yaşayış məntəqəsinin şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qazax rayonu Kəmərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 9 Fevral 1998 00:01

Azərbaycan Respublikası ilə NATO arasında işlənib hazırlanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 10-dan 12-dək Baykorn şəhərində (Böyük Britaniya) “Kooperativ BEAR-98” təlimlərinin planlaşdırılması üzrə konfrans və fevralın 12-dən 18-dək Brüssel şəhərində (Belçika Krallığı) böhranların idarəedilməsi üzrə “SMX -98” komanda-qərargah təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 7 Fevral 1998 00:00

Fevralın 6-da saat 20:30-dan 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Satılmış dağı ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsində yerləşən bölmələrini avtomatlardan, iriçaplı pulemyotlardan və tankəleyhinə qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 1998 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 1998-ci il yanvarın 30-da Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 1 Fevral 1998 00:00

Ermənistan Silahlı Qüvvələrinin komandanlığı Ermənistan-Azərbaycan cəbhəsində qoşunların təmas xətti boyu atəşkəs rejimini pozmaqla təşviqat mərmilərilə təxribat xarakterli vərəqələr yaymağı davam etdirir.

Müdafiə Nazirliyinin məlumatı 28 Yanvar 1998 00:02

ATƏT sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin mandatına uyğun olaraq, yanvarın 28-də ATƏT missiyasının səhra köməkçiləri polkovnik M.Xoxolaçek və podpolkovnik A.Xerdiçin şəxsində Ermənistan-Azərbaycan qoşunlarının “N” sahəsindəki təmas xəttində monitorinq keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 28 Yanvar 1998 00:01

Yanvarın 26-da “N” bölgəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi kollegiyasının geniş iclası keçirilib.

Müdafiə Nazirliyinin məlumatı 27 Yanvar 1998 00:01

1998-ci il yanvarın 28-dən 30-dək NATO-nun Brüsseldəki qərargah-mənzilində Verifikasiya Əlaqələndirmə Komitəsinin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi üzrə fəaliyyətinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş seminar keçiriləcək.