Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 14-də saat 11:00-dan  11:15-dək  Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;  
- saat 14:10-dan 22:40-dək fasilələrlə Ermənistan Respublikası  Berd  rayonu  Çinari və Mososqex kəndləri,  Krasnoselsk rayonu  ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin  Tovuz rayonunun Koxa Nəbi, Ağdam və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə  yerləşən   mövqelərini;
- saat 10:50-dən 11:50-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:15-dən mayın 15-i saat 06:05-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 17:10-dan  17:15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;      
- saat 22:30-dan mayın 15-i saat 02:10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Aşağı Veysəlli kəndləri yaxınlığında   yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.