NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində “Kimyəvi maddələrin dağıdılmasının nəticələrinin aradan qaldırılması zamanı həyata keçirilən tədbirlər” mövzusunda beynəlxalq təlim (12-16 may);
- London şəhərində (Böyük Britaniya) Vyana 99 sənədi çərçivəsində hərbi hissəyə səfər (12-16 may);
- Oberammerqau şəhərində (Almaniya) “NATO-nun Sülhü Dəstəkləmə Əməliyyatları” kursu (12-16 may);
- Bakı şəhərində “Eternity 2008 Kompüter Dəstəkli Komanda Qərargah təliminin İlkin Planlaşdırma” konfransı (13-15 may);
- Baumholder şəhərində (Almaniya) “Jombined Endeavor 2008 təliminin Yüksək Səviyyəli Qonaqlar” günü (13-20 may);
- Hopenhaqen şəhərində (Danimarka) “Koalisiyaya üzv olan dövlətlərin 6-cı planlaşdırma” konfransı (14-15 may);
- Mons şəhərində (Belçika) “Əməliyyatlar üzrə müttəfiq komandanlığın hərbi əməkdaşlıq sahəsində hazırlıq” işçi görüşü (15 may);
- Brüssel şəhərində (Belçika) “Avro-Atlantik Tərəfdaşlıq Şurasının Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində” növbəti görüşü (15 may);
- Bakı şəhərində “Azərbaycan Respublikası Silahlı Qüvvələrində kütləvi informasiya vasitələri ilə münasibətlərin tənzimlənməsi qaydaları” mövzusunda seminar (16 may);
- Qarmiş-Partenkirxen şəhərində (Almaniya) “J.Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Ali Təhlükəsizlik Araşdırmaları proqramı çərçivəsində” növbəti kursu (16 may-08 avqust);
- Alma-Ata şəhərində (Qazaxıstan) “Qərargah zabitləri üçün tanışlıq” kursu (18-24 may) keçirilir.