Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də saat 14:10-dan mayın 13-ü saat 00:00-dək  fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu Voskevan və Voskepar, Berd rayonu Çinari kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun   Koxa Nəbi və Qazax rayonunun Quşçu Ayrım kəndləri    sahəsində yerləşən  mövqelərini;
- saat 22:20-dən mayın 13-ü saat 03:00-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- mayın 13-də saat 01:55-dən 02:10-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz  mövqelərini  avtomat  və  pulemyotlardan  atəşə  tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.