Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 13-də saat 11:05-dən  20:45-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 16:40-dan 23:30-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino  kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:25-dən 23:25-dək ara-sıra Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli  kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- mayın 14-də saat 01:30-dan 02:20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.