Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 6-da saat 13:50-dən   14:00-dək  Ağdam  rayonunun  Mərzili  kəndi   sahəsində yerləşən  mövqelərdən;
- saat 14:00-dan 17:10-dək fasilələrlə  Xocavənd  rayonu  ərazisindəki  adsız yüksəkliklərdə və  Kuropatkino  kəndi yaxınlığında  yerləşən  mövqelərdən;  
- saat 23:10-dan  23:35-dək  Füzuli  rayonunun ərazisindəki adsız yüksəkliklərdə  yerləşən  mövqelərdən;
- mayın 7-də saat 01:00-dan 01:15-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin  üzbəüz  mövqelərini  avtomat  və  pulemyotlardan  atəşə  tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.