Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 7-də saat 11:00-dan 19:30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmiraxpyur  və Çinari kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun  Əlibəyli, Koxa Nəbi və Əsrik Cırdaxan  kəndləri sahəsində yerləşən  mövqelərini;
- saat 14:10-dan 21:00-dək ara-sıra Tərtər rayonunun Qızıloba və Seysulan  kəndləri  yaxınlığında  yerləşən  mövqelərdən;  
- saat 18:40-dan 18:55-dək Ağdam  rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- mayın 8-də saat 01:50-dən 02:00-dək Xocavənd və Füzuli  rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin  üzbəüz  mövqelərini  avtomat  və  pulemyotlardan  atəşə  tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.