Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 9-da saat 12:45-dən 13:10-dək  Ermənistan Respublikası Berd  rayonu  Çinari kəndi  ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi  kəndi sahəsində yerləşən mövqelərini;
- saat 16:45-dən mayın 10-u saat 02:05-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;  
- saat 22:20-dən saat 22:35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- mayın 10-da saat 00:10-dan 01:25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.