Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Böyük Britaniya  arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq proqramına  uyğun olaraq Vişkov şəhərində (Çex Respublikası) Çex Respublikasının Vişkov şəhərindəki SNT Təlim Mərkəzini ziyarət (12-15 may);
Azərbaycan Respublikası ilə  Qırğızıstan arasında imzalanmış ikitərəfli hərbi   əməkdaşlıq planına uyğun olaraq Bişkek şəhərində (Qırğızıstan) Hərbi qanunvericilik sahəsində təcrübə mübadiləsi üzrə ekspertlərin işçi görüşü (12-16 may);  
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq İzmir  şəhərində Azərbaycan Respublikası HHQ-nin təlim mərkəzlərində xidmət edən təlimatçı müəllimlərin təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikasının Hava Komandanlığının təlim mərkəzlərinə ziyarəti (12-16 may);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları  arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq  San-Antonio  şəhərində (ABŞ) “Piyada kapitanları” kursu (14 may 2008-04 iyun 2009) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.