AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 10-da saat 15:10-dan 15:15-dək və saat 17:30-dan 17:40-dək Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsində yerləşən mövqelərini;- saat 08:00-dan 08:20-dək və saat 22:00-dan 22:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 20:45-dən 22:40-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Veysəlli və Aşağı Əbdürrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- aprelin 11-də saat 01:30-dan 03:30-dək fasilələrlə Tərtər rayonunun Qızıloba və Çiləbürt, Ağdam rayonunun Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdə səfərdə olan nümayəndə heyətinin rəhbəri tümgeneral Selahattin Kısacıkı qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu” (14 -24 aprel) - Bakı şəhərində Qırmızı Xaç Komitəsi tərəfindən “Beynəlxalq humanitar hüquq üzrə təlim” kursu (14 -18 aprel); - Ankara şəhərində “Taktiki səviyyədə Mülki-Hərbi Əməkdaşlıq kursu” (14-25 aprel) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 20:15-dən 20:25-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisində yerləşən mövqelərini;- saat 17:30-dan 18:05-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 21:10-dan 21:50-dək Füzuli və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbacjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 1-də saat 18:45-dən 21:40-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi yaxınlığında yerləşən mövqelərini; - saat 19:40-dan aprelin 2-si saat 06:30-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan 22:45-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 31-də saat 17:30-dan 00:00-dək fasilələrlə Ermənistan Respublikası Berd və İcevan rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Hacıalılı və Muncuqlu kəndləri, Qazax rayonunun ərazisindəki mövqeləri və Bala Cəfərli kəndini;- saat 19:25-dən 23:50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qaraxanbəyli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən; - aprelin 1-də saat 01:00-dan 01:20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 01:00-dan 02:20-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 29-da saat 12:58-dən 13:00-dək Ermənistan Respublikası Berd rayonunun Ayqeovit kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndini;- saat 16:20-dən 16:30-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 28-də saat 13:30-dan 14:00-dək Daşkəsən rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərindən;- saat 22:30-dan 22:45-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən;- dekabrın 29-da fasilələrlə Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 27-də saat 13:50-dən 13:55-dək və dekabrın 28-də saat 01:30-dan 01:40-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərindən;- saat 21:55-dən 22:40-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərindən;- dekabrın 28-də saat 00:40-dan 00:50-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yaxınlığında yerləşən mövqelərindən;- saat 05:40-dan 06:00-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.