Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 10-da saat 14:45-dən 15:00-dək və 23:00-dan 23:20-dək fasilələrlə Ermənistan Respublikası Berd  rayonu Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi  kəndi ərazisində yerləşən mövqelərini;
- saat 08:20-də Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
-  saat 11:30-dan 11:45-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən;   
- saat 16:10-dan 16:35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:15-dən 18:20-dək Füzuli rayonunun Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 23:20-dən 23:40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.