Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Manhaym şəhərində Almaniyanın Silahlı Qüvvələrə çağırış üzrə ekspert danışıqları (15-19 sentyabr);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İzmir  şəhərində İstehkam zabitləri üçün təməl kurs (15 sentyabr 2008-26 avqust 2009); Ankara şəhərində Artilleriya zabitləri üçün təməl kurs (15 sentyabr 2008-12 iyun 2009); “Rabitə zabitləri üçün təməl kurs” (15 sentyabr 2008-19 iyun 2009); İstanbul şəhərində NATO-ya ayrılmış bölmələrin “NATO əməliyyatlarına tam uyğunluq qabiliyyətinin (FOC) qiymətləndirilməsinə hazırlanması üzrə Türkiyənin təcrübəsinin öyrənilməsi” (15-19 sentyabr); “Maliyyə zabitləri üçün təməl kurs” (15 sentyabr 2008-12 iyun 2009) keçirilir.
Azərbaycan Respublikası ilə Rusiya arasında təhsil üzrə proqrama əsasən Kazan, Voronej, Sankt-Peterburq şəhərlərində hərbi ixtisaslar üzrə hərbi təhsil (13,14 sentyabr 2008).
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.