Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 14-də saat 20:10-dan 20:30-dək  Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 15:55-dən 16:30-dək Füzuli rayonunun  Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:40-dan 22:45-dək Xocavənd rayonunun Kuropatkino və Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.