NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
- Brüssel şəhərində (Belçika) Azərbaycanın FTƏP üzrə qiymətləndirilməsinin 26+1 formatında yekun iclası (17 sentyabr); NATO Yanacaq Komitəsinin işçi görüşü (17-19 sentyabr);
- Budapeşt şəhərində (Macarıstan) Qərargah zabitləri üçün Hərbi terminologiya kursu (22 sentyabr-03 oktyabr);
- Yurmala şəhərində (Latviya) NATO Müdafiə Siyasəti və Strategiyası üzrə SNT konfransı (22-23 sentyabr);
- Neapol şəhərində (İtaliya) Cooperative Mako 2009 və Cooperative Marlin 2009 təlimlərinin ilkin planlaşdırma konfransı (22-24 sentyabr);
- Madrid şəhərində (İspaniya) "Quru Qoşunları üzrə Kommunikasiya və İnformasiya Sistemləri" mövzusunda işçi görüşü (22-25 sentyabr) keçirilir.