AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 12-də Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri V.İstratov ölkəmizə təyin olunmuş yeni hərbi attaşe 1-ci dərəcəli kapitan A.Moiseyevi Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevə təqdim etmişdir.
Görüş zamanı Müdafiə naziri ilə səfir arasında son zamanlar regionda yaranmış gərgin vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilmişdir.