Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 11-də saat 15:50-dən 16:00-dək, 18:00-dan 19:35-dək və saat 22:25-dən 23:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan  rayonu Berkaber kəndləri  ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 16:50-dən 17:00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:00-dan 18:50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu  kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 21:10-dan 21:45-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.