AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Melvin Duqlas Saksı və ABŞ səfirliyinin siyasi şöbəsinin rəisi Robert Qarveriki qəbul etmişdir.
Müdafiə naziri qonaqlarla Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, son zamanlar Cənubi Qafqazda yaranmış yeni vəziyyət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışdır.