Sentyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda səfərdə olan Qərbi Avropa İttifaqı Assambleyasının (QAİA) Siyasi Məsələlər Komitəsinin nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri müstəqillik qazandıqdan sonra Azərbaycanın iqtisadi-siyasi və ordu quruculuğu sahəsindəki uğurlarından danışmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi problemlər barədə də qonaqlara ətraflı məlumat vermişdir.
Nazir münaqişənin həlli istiqamətində Minsk Qrupunun on beş il ərzində apardığı işin heç bir nəticə vermədiyini də nümayəndə heyətinin diqqətinə çatdırmışdır.
Görüş zamanı nazir Səfər Əbiyev qonaqları maraqlandıran digər məsələlər haqda da geniş fikir mübadiləsi aparmışdır.