AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 20-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
C.Naxçıvanski adına Hərbi Liseydə Vahid Mustafayevin rejissorluğu ilə çəkilən "QANLI YANVAR" bədii filminin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrin "Əsgər yaradıcılığı" müsabiqəsi keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun vaxtilə təhsil aldığı C.Naxcıvanski adına Hərbi Liseydə anma tədbiri keçirilib.
Mayın 16-da Müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Hərb elminin inkişaf perspektivləri" mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib.
Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş yeni tədris və inzibati korpuslarının açılışı mərasimində iştirak edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.