Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2015 09:00

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçika Krallığına səfər edib


Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.
Görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaqdır.
Səfər mayın 21-dək davam edəcəkdir.