Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2015 13:00

Müdafiə naziri yeni tədris və inzibati binaların açılışında iştirak edib - VİDEO

Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş yeni tədris və inzibati korpuslarının açılışı mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Akademiyanın ikimərtəbəli binasında ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi otağı ilə tanış olub, burada yerləşən Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdrəetmə Akademik kursunun iş, sinif, müəllim otaqlarına, eyni zamanda yeni elektron kitabxana, müasir standartlara cavab verən labaratoriya və müşavirə zalına baxış keçirib.
Müdafiə nazirinə məruzə edilib ki, qısa zamanda Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında yeni lokal şəbəkə qurulub, eyni zamanda binanın tədris hissəsində müxtəlif təyinatlı müasir sinif otaqları yaradılıb.
Hərbi Akademiyanın binasındakı Adyunktura sinifləri və elmi-tədqiqat labaratoriyaları müasir standartlara uyğun tərtib edilərək gələcəyin hərb elmi tədqiqatçılarının istifadəsinə təqdim edilib.
Sonda Müdafiə naziri gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.