AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüşüb.
İyunun 1-dən 4-dək Bakı şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) “NATO-nun regional kollektiv təlimi-2016”-nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Budapeşt şəhərində (Macarıstan) qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimləri keçirilib.
Gələcək döyüş fəaliyyətlərinə hazırlıq məqsədilə keçirilən təlimlərdə tank birləşmələri bölmələrinin idarəedilməsi, manevr və atəş imkanları yoxlanılır.
Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Soçi şəhərində (Rusiya Federasiyası) keçirilən növbəti iclasında iştirak edib.
Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Zəlimxan Eybalı oğlu Cavadovun Azərbaycan Respublikasının Prezidentinin adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin valideynlərinə təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi haqqında göstərişlərini, Müdafiə nazirinin əmr və sərəncamlarından irəli gələn tələbləri rəhbər tutaraq Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir.
Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.