AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi Dəniz Qüvvələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.
Azərbaycan Hərb Tarixi Muzeyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi ilə birgə faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş "Azərbaycan Böyük Vətən Müharibəsində" adlı tədbir keçirib.
Azərbaycan-Türkiyə bölmələrinin birgə təlimləri müzakirə edilibİstanbul şəhərində keçirilən "İDEF - 2015" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
C.Naxçıvanski adına Hərbi Liseydə Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Mayın 7-dən 11-dək Lyublyana (Sloveniya) şəhərində Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gəlib.
Mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Şəmkir şəhərində yerləşən hərbi hissənin yaranma günü münasibətilə tədbir keçirilib.
Üçtərəfli Koordinasiya Qrupunun yaradılması qərara alınıbAnkarada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.