Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2015 09:00

Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin ildönümü qeyd edilib

Hərbi Dəniz Qüvvələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.
Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov dahi liderimiz, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, ulu öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən və Azərbaycanın hazırkı sürətli inkişafından ətraflı danışıb.
Sonda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.