C.Naxçıvanski adına Hərbi Liseydə Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə liseyin şəxsi heyəti, Veteran təşkilatları, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası ilə başlanan mərasim liseyin kursantlarının rəsm əsərlərinin nümayişi ilə davam etdirilib.
Təntənəli tədbirdə çıxış edən natiqlər Qələbənin qazanılmasında Azərbaycan xalqının rolunu xüsusi qeyd ediblər. Veteranlar kursantlarla xatirələrini bölüşüb, gənclərə bu gün onların öhdəsinə düşən vəzifələri, yaxşı oxumalarını, intizamlı olmalarını, hərb işini dərindən öyrənmələrini tövsiyə ediblər.
Daha sonra Nizami rayonu uşaq gənclər yaradıcılıq mərkəzi və liseyin özfəaliyyət kollektivinin iştirakı ilə geniş konsert proqramı tədbir iştirakçılaına təqdim olunub.
Sonda Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov veteranları qiymətli hədiyyələrlə təltif edib.