Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2015 09:00

Ali Hərbi Dənizçilik Məktəbində tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi ilə birgə faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş "Azərbaycan Böyük Vətən Müharibəsində" adlı tədbir keçirib.
Müharibə veteranları, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən mərasim Dövlət himninin oxunması ilə başlayıb. İştirakçılar Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən oğul və qızlarımızın ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Qonaqları salamlayaraq tədbiri giriş sözü ilə açan məktəb rəisi I dərəcəli kapitan Əlimərdan Quliyev müharibə illərində Azərbaycanlıların göstərdiyi misilsiz qəhrəmanlıqdan bəhs edərək iştirakçıları Qələbə günü münasibətilə təbrik edib.
Sonra Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirin əhəmiyyətini xüsusi qeyd edərək keçmişdə və hazırkı dövrdə Azərbaycan övladlarının igidliyi və qəhrəmanlığı, alman faşizmi ilə yanaşı erməni faşizminin də mahiyyəti, onun xalqımıza qarşı törətdiyi cinayətlər barədə ətraflı çıxış edib.
Tədbir mövzuya aid məruzələr və "İkinci Dünya Müharibəsi və Azərbaycan" adlı qısametrajlı sənədli filmin nümayişi ilə başa çatıb.