AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş Moskva şəhərində keçirilən hərbi paradda iştirak edən digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 70 nəfər hərbi qulluqçusu da vardır.
Mayın 11-dən 13-dək Munster şəhərində (Almaniya) artilleriya qoşunlarının təlimində müşahidəçi qismində iştirak, mayın 11-dən 15-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursu keçiriləcək.
C.Naxçıvanski adına Hərbi Liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.
General-polkovnik Zakir Həsənovun göstərişinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, birlik və birləşmələrdə silsilə tədbirlər davam edir.
Hörmətli Böyük Vətən müharibəsi veteranları!Sizi 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səmimi salamlarımı çatdırıram.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da saat 10:00-dan 14:00-dək Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək.
I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.
Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Vətən uğrunda" hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin II seçim turu baş tutub.