General-polkovnik Zakir Həsənovun göstərişinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, birlik və birləşmələrdə silsilə tədbirlər davam edir.
Gəncə Qarnizonu Zabitlər Evinin növbəti belə tədbiri Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə keçirilib. Konsert proqramını Əməkdar artist Azərin açıq elan edərək, hərbi hissənin şəxsi heyətinə "Azərbaycan" mahnısını ifa edib. Daha sonra səhnəyə Əməkdar artist İlqar Muradov dəvət edilib.
Hər iki sənətkarın ifaları əsgərlər tərəfindən alqışlarla və ruh yüksəkliyi ilə müşaiyət olunub.
Tədbirdə Gəncə Qarnizonu Zabitlər Evinin rəqs qrupu da əsgərlər qarşısında çıxış edib.