Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2015 09:00

Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin yanı;
- Dənizkənarı Milli Parkdakı nəhəng çarx-karuselin yanı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u və 10-da saat 10:00-dan 14:00-dək Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.