Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2015 09:00

Hərbi Liseydə ümummilli liderimizin anadan olmasının 92-ci ildönümü qeyd olunub

C.Naxçıvanski adına Hərbi Liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbir Ümummilli Liderimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himni səsləndikdən sonra çıxış edən natiqlər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının yaradılması və odu quruculuğundakı rolundan danışaraq tədbir iştirakçılarına geniş məlumat veriblər. Daha sonra kursantlar Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxışlar edərək şer parçaları söyləyiblər.
Sonda tədbir iştirakçılarına Xətai rayonu Mədəniyyət mərkəzinin və liseyin özfəaliyyət kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.