Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 May 2015 09:00

Azərbaycanın Müdafiə naziri Türkiyənin Hərbi Akademiyalar rəisi ilə görüşüb

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb.
Nazir Türkiyə Hərbi Akademiyalarında təhsil alacaq zabitlərin və mütəxəssislərin sayının artırılması, Azərbaycan hərbçilərinin müxtəlif kurslara ezam olunması məsələlərinin vacibliyini qeyd edib, belə tədbirlərin planlı, kompleks şəkildə həyata keçirlməsinə dair fikirlərini bölüşüb. Bu kimi tədbirlərin hər iki qardaş ölkə üçün səmərəli olduğunu vurğulayan Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib: "İnanıram ki, biz indi gördüyümüz bu işlərlə gələcək uğurların təməlini qoyuruq. Əlaqələrimiz inkişaf etdikcə, yaxın gələcəkdə indi atdığımız addımların müsbət bəhrəsini görəcəyik".
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Səmimi qəbul üçün təşəkkürünü bildirən ordu generalı Abdullah Rəcəb ölkələrimiz arasında əlaqələrin qədim tarixi köklərə, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını bildirib. O, Türkiyə-Azərbaycan tərəfdaşlığının vacibliyini bir daha vurğulayıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun və hərbi attaşe, briqada generalı Hasan Nevzat Taşdeler iştirak ediblər.