AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin Gəncə şəhərində yerləşən hərbi hissələrdə gənc əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib.
Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda hərbi vətənpərvərlik tədbirinin son günü hərbi hissədə açıq qapı gününün təşkili ilə davam edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
Daha əvvəl aorta-koronar şuntlama əməliyyatı olunan 71 yaşlı Feyzulla Rzayevə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib.
Fevralın 14-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda keçirilən hərbi vətənpərvərlik tədbirinin ikinci günü Ağdam rayon Mədəniyyət Evində davam edib.
Fevralın 16-dan 20-dək Ankara şəhərində (Türkiyə) "Strateji Təhlil" mövzusunda kurs, fevralın 17-dən 19-dək Saloniki şəhərində (Yunanıstan) "NATO təlimlərinin sinxronlaşdırılması" mövzusunda konfrans keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Silahlı Qüvvələrin Hərbi Akademiyasına, Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və C.Naxçıvanski adına Hərbi Liseyə tanışlıq ziyarəti təşkil olunub.
Fevralın 13-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda üç gün davam edəcək tədbirin açılışı olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevi qəbul edib.