AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Fevralın 23-dən 27-dək Vaşinqton şəhərində (ABŞ) Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən keçiriləcək təhlükəsizlik məsələləri üzrə növbəti seminar, Lvov şəhərində (Ukrayna) "Saber Guardian və Rapid Trident-2015" komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransı keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Fevralın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vexi qəbul edib.
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəbhəyanı bölgələrdə yerləşən hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Şəxsi Heyət şöbəsinin 2015-ci il tədris planına əsasən baş idarənin və onun tabeliyində olan hərbi hissələrin bir qrup şəxsi heyəti fevralın 18-də Heydər Əliyev Mərkəzində olub.
Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonkanı qəbul edib.
Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Neboyşa Rodiçi qəbul edib.
Fevralın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.