AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsində ən yaxşı planşetçi müsabiqəsi keçirilib.
Yanvarın 31-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində şəhid olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev bu gün Şəki rayonunun Böyük Dəhnə kəndində son mənzilə uğurlanıb.