AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
2014-cü ilin dekabr ayında Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlunun Qazax rayonunun Fərəhli kəndində anım mərasimi keçirilib.
Tariximizin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımından 23 il ötməsinə baxmayaraq onun dəhşətləri, ağrı-acısı qan yaddaşımızda əbədi həkk olunub.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birgə tədbiri baş tutub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaranmasının 16-cı ildönümü və müəllifi Hərbi Akademiyasının Dövlət Müdafiəsini İdarəetmə akademik kursunun rəisi polkovnik Razi İsmayılov olan "Hərbi psixologiya və pedaqogika" adlı kitabın təqdimat mərasimi keçirilib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu yenicə tərk edən kimi erməni tərəfi qoşunların təmas xəttində növbəti dəfə təxribata əl atıb.
Fevralın 21-nə keçən gecə düşmənin Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində son mənzilə uğurlanıb.
Kürdəmir rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşəbbüsü ilə "Dolu" bədii filminin yaradıcı kollektivinin Kürdəmir qarnizonu ərazisində yerləşən hərbi hissələrin bir qrup şəxsi heyəti ilə görüşü keçirilib.
2015-ci ilin tədris planına əsasən Kürdəmir qarnizonu ərazisində yerləşən hərbi hissələrin bir qrup şəxsi heyəti Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzində olublar.