Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2015 09:00

Hərbi qulluqçular "Dolu" filminin yaradıcı heyəti ilə görüşüblər

Kürdəmir rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşəbbüsü ilə "Dolu" bədii filminin yaradıcı kollektivinin Kürdəmir qarnizonu ərazisində yerləşən hərbi hissələrin bir qrup şəxsi heyəti ilə görüşü keçirilib.
Görüşdə çıxış edən filmin ssenari müəllifi yazıçı, millət vəkili Aqil Abbas Qarabağ uğrunda gedən döyüşlərdə Vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan söz açaraq, işğal olunmuş torpaqların tezliklə qaytarılacağına inandığını bildirib.
Daha sonra çıxış edənlər maraqlı süjet xətti və peşəkar aktyor oyunu ilə zəngin olan filmə görə yaradıcı kollektivə minnətdarlıqlarını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.