24 Fevral 2015 09:00
Əlahiddə Ümumqoşun Ordusunda rəsm müsabiqəsi keçirilib
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordusunda xidmət edən hərbi qulluqçular arasında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə fərqlənən hərbi qulluqçular "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.