Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2015 09:00

Hərbi Liseydə "Mahir nişançı" güllə atıcılığı turniri keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Gənclər və İdman Nazirliyinin Azərbaycan Tələbə Gənclər Təşkilatı ilə birgə tədbiri baş tutub.
Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş "Mahir nişançı" güllə atıcılığı üzrə IX Respublika turnirində ölkəmizin 27 ali və orta ixtisas təhsil müəssisələrinin 100-dən artıq tələbəsi iştirak edib.
Turnirin sonunda qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.