17 Fevral 2015 09:00
Müdafiə naziri Çexiya Respublikasının ölkəmizdəki səfirini qəbul edib
Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonkanı qəbul edib.
Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə Çexiya Respublikasının ölkəmizdəki hərbi attaşesi polkovnik Yurji Padour iştirak edib.