Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Şəxsi Heyət şöbəsinin 2015-ci il tədris planına əsasən baş idarənin və onun tabeliyində olan hərbi hissələrin bir qrup şəxsi heyəti fevralın 18-də Heydər Əliyev Mərkəzində olub.
Zəngin mədəni və mənəvi mədəniyyətə malik olan Azərbaycan xalqının tarixi nailiyyətlərini, mədəni həyatda qazanılmış uğurlarını öyrənmək, həmçinin bu müvəffəqiyyətlərin əldə edilməsi sahəsində öz müdrik siyasəti ilə qəlbimizdə böyük sevgi və ehtiram dağı ucaltmış ümummilli liderimiz Heydər Əliyevin həyatı ilə bağlı dəyərli anları yenidən yaşamaq baxımından Mərkəzdə olan gəzinti xoş təssürat yaradıb.
İstər ölkəmizin sürətli inkişaf yolunu, istər tariximizi, istərsə də ulu öndərimizin şəxsi həyatını və əmək fəaliyyətini özündə parlaq əks etdirən sərgi nümunələri, qədim eksponatlar, hədiyyələr və müxtəlif təyinatlı əşyalar böyük maraq doğurmaqla yanaşı ümummilli öndərimizə olan sonsuz sevgi və diqqəti xeyli artırmış və milli qürur hissini gücləndirmişdir.