18 Fevral 2015 09:00
Müdafiə naziri Avstriya Respublikasının ölkəmizdəki səfirini qəbul edib
Fevralın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Aksel Vexi qəbul edib.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Avstriya Respublikası Silahlı Qüvvələrinin Türkiyə və Azərbaycandakı hərbi attaşesi polkovnik Kurt Radner iştirak edib.