16 Fevral 2015 09:00
Azərin hərbi qulluqçular qarşısında konsert proqramı ilə çıxış edib
Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin Gəncə şəhərində yerləşən hərbi hissələrdə gənc əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib. Konsertdə hərbi-vətənpərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Konsertin sonunda maraqlı proqrama görə hərbiçilər adından Azərin xanıma təşəkkür bildirilib.